QURD AĞZINDAN ALMAQ

təhlükədən xilas etmək.

QURBANI OLMAQ
QURD KEÇİNİN NƏYİN YEYİB Kİ
OBASTAN VİKİ
Qurd
Canavar (lat. Canis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinə aid heyvan cinsi. Qurdun qidası ilin mövsümündən asılı olaraq müxtəlif növ gəmiricilər, quşlar, sürünənlər, onların yumurtaları, qurbağalar, kərtənkələlər, xırda yırtıcılar və kənd təsərrüfatı heyvanları təşkil edir. Yuvalarını qayalıqlarda və suya yaxın yerlərdə düzəldirlər. == Etimologiya == Farscadan gələn Canavar sözü (جانور) fars dilində "Qurd" yox, "qulyabani, xoxan, bədheybət varlıq, monster" anlamını daşıyır, lakin Azərbaycan dilinə "qurd" anlamında daxil olub. Qurd indiki anlamında (köpəkkimilərdən bir yırtıcı heyvan) sözü birinci dəfə "Divanü Lüğat-it-Türk"də (1072–1074 illər) قُرتْ [kurt] şəklində istifadə olunub və yazarın bildirdiyinə görə, qurd sözünü bu anlamda ancaq oğuzlar işlədir, başqa türk dillərində isə bu söz yalnız soxulcan anlamını daşıyır. Börü (بُرى / 𐰋𐰇𐰼𐰃) sözü bütün türk dillərində müxtəlif formalarda işlənilir (büre, börö, böri və s.) və tarixdəki ən əski qaynağı 731-ci ildə ölən Kültəkinin qəbirüstü yazısıdır. == Qısa məlumat == Qurdlar yaz başları cütləşirlər. Boğazlıq müddəti 63–65 gündür. Qışda cütləşir, yazda küçükləyirlər, 5–6 bala doğurlar.
İrsən almaq
İrsən almaq (ing. inherit ~ ru. унаследовать ~ tr. kalıt almak) – obyekt-yönlü proqramlaşdırmada: bir sinfin xarakteristikalarının onun əsasında yaradılan başqa bir sinif tərəfindən götürülməsi. İrsən alınmış xarakteristikalar gücləndirilə, məhdudlaşdırıla və ya dəyişdirilə bilər. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Təhsil almaq hüququ
Təhsil hüququ — “ikinci nəsil” insan hüquqlarından biri (sosial-iqtisadi və mədəni; ayrı-seçkiliyə yol verilməməsi aspekti birinci nəslin vətəndaş hüququ sayıla bilər). BMT-nin İqtisadi, Sosial və Mədəni Hüquqlar Komitəsi təhsil hüququnun dörd əsas xarakteristikasını müəyyən edir: mövcudluq, əlçatanlıq (ayrı-seçkiliyə yol verilməməsi, fiziki və iqtisadi əlçatanlıq), təhsilin məqbulluğu və uyğunlaşması. Həmçinin “təhsil hüququ yalnız müəllimlərin və tələbələrin akademik azadlığı olduqda həyata keçirilə bilər.” Təhsil hüququnun əhatə dairəsi müxtəlif təhsil səviyyələri üçün fərqli ola bilər - məsələn, İqtisadi, Sosial və Mədəni Hüquqlar haqqında Beynəlxalq Pakt icbari və pulsuz ibtidai təhsili nəzərdə tutur, lakin yalnız ödənişsiz ali təhsilin mərhələli şəkildə tətbiqini nəzərdə tutur. Burada ayrı-ayrılıqda təhsil azadlığı önə çıxa bilər. == Tənzimləyici çərçivə == Təhsil hüququ İqtisadi, Sosial və Mədəni Hüquqlar Haqqında Beynəlxalq Paktın 13 və 14-cü maddələrində, Uşaq Hüquqları haqqında Konvensiyanın 28 və 29-cu maddələrində təsbit olunmuş İnsan Hüquqları haqqında Ümumi Bəyannamənin 26-cı maddəsində elan edilmişdir. Təhsil hüququ İnsan və Əsas azadlıqların Müdafiəsi üzrə Avropa Konvensiyasının Birinci Protokolunun 2-ci maddəsi, Yenidən İşlənmiş Avropa Sosial Xartiyasının 17-ci maddəsi, İnsan Hüquqları üzrə Amerika Konvensiyasına San Salvador Protokolunun 13-cü maddəsi, Afrika Xartiyasının 17-ci maddəsi İnsan və Xalqların Hüquqları, Uşaq Hüquqları və Rifahı üzrə Afrika Xartiyasının 11-ci maddəsi, Rusiya Konstitusiyasının 43-cü maddəsində, Azərbaycan Respublikasının Konstitusiyasının 421-ci maddəsində, Latviya Konstitusiyasının 112-ci maddəsində, Tacikistan Konstitusiyasının 41-ci maddəsində təsbit edilmişdir. == Məhkəmə təcrübəsi == Beynəlxalq məhkəmə orqanlarında təhsil hüququ ilə bağlı ən mühüm işlərə (ən çox ondan istifadə zamanı ayrı-seçkiliyin qadağan edilməsinə dair) Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Komitəsində Polşa и Албании və Albaniyada azlıqların məktəblərinə dair Belçika linqvistik işi (1968), Kjeldsen, Busk Madsen and Pedersen v. Denmark (1976), Avropa İnsan Hüquqları Məhkəməsində D. H. və digərləri Çexiyaya qarşı (2007), Hartikainen v. Finland işi (1981) və Ueldmen Kanadaya qarşı (1999) baxılmışdır. ABŞ Ali Məhkəməsində belə işlərə Mayer Nebraskaya qarşı (1923), Pirs Sisterhooda qarşı (1925), Braun Təhsil Şurasına qarşı (1954), Qriffin Şahzadə Edvard Məktəb Şurasına qarşı (1964), Qrin Nyu Kent qraflığı təhsil şurasına qarşı (1968), Viskonsin Yoderə qarşı (1972), Müstəqil San Antoniyo Məktəb dairəsi Rodriqesə qarşı (1973), Aylend Tris Məktəb Dairəsi Pikoya qarşı (1982), Playler Douya qarşı (1982) kimi məhkəmə iddiaları daxildir.
Yazı (qeydə almaq)
Yazı (en. record) Proqram və xarici yaddasaxlama qurğusu arasında verilənlərin alış-verişi vahidi. İnformasiyanın struktur vahidi. Proqramlaşdırma dillərində: təşkil olunduğu elementlərin (sahələrin) adı və çeşidli atributları olan aqreqat. Yaddasaxlama mühitində verilənlərin qeydiyyatı (yazılması) prosesi. Vahid tam kimi baxılan bir-biriylə qarşılıqlı əlaqədar verilənlər qrupu. İnformasiyanın verilənlər bazalarında saxlanması vahidi. Yazı bir, yaxud bir-biriylə bağlı olan bir neçə sahədən ibarətdir. Yazını və sahələri üzərində sətirlər yazılmış kağız vərəqiylə müqayisə etmək olar: sahələr – sətirlər, yazı isə kağız vərəqidir. İndekslərinə görə elementlərinə erişilən matrisdən fərqli olaraq, yazının elementlərinə həm elementlər bloku kimi, həm də ayrı-ayrı erişmək olur.Yazma başcığı (en.
Dəli Qurd
Dəli qurd - türk şairi, tarixçisi, yazıçısı və türk millətçiliyinin ideoloqlarından olan Hüseyn Nihal Atsızın 1958-ci ildə yazdığı romandır. == Mövzu == Roman, Osmanlı imperiyasında olan hadisədən bəhs edir. Osmanlıda çoxhakimiyyətlilik dövründə taxta namizədlərdən biri olan İsa bəy, gücünü itirməyə başlayınca xanımı Bala Xatunu adamlarından biri olan Çakıra əmanət edir və onu qaçırmasını istəyir. Çünki Osmanlı adətlərinə görə taxt uğrunda mübarizələrdə sadəcə həmin şəxsin özü yox, onun soyundan gələn hər kəs öldürülürdü və Bala Xatun da hamilə idi. Çakır uğurla Bala Xatunu qaçırır və süd anasının yanına yerləşdirir. İllər keçir, Çakır sipahi olur və süd anasının yanına gəlir. Süd anasının yanına getdiyi vaxt Bala Xatunun İsa bəyin ölümündən qısa müddət sonra öldüyünü öyrənir. Bu zaman İsa bəyin oğlu Murad böyümüşdür. At minməyi, hərəkətlərinə görə ona "Dəli qurd" ləqəbi verilmişdir. Murad, 16 yaşındakı Osmanlı ordusuna girmiş və qısa müddət sonra isə sipahi olmuşdur.
Qurd (dəqiqləşdirmə)
Qurd — canavar. Qurd — böcək. Qurd — Adi canavar. Qurd (repçi) — Azərbaycanlı repçi.
Qurd (repçi)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Cəbrayıl
Qurd Cəbrayıl və ya Paxan Cəbrayıl (əsl adı: Cəbrayıl Əlibaxış oğlu Baxşıyev) — "Arxadan vurulan zərbə" bədii filminin əsas personajlarından biri. Filmdə mənfi obraz kimi təqdim olunsa da, insanların yaddaşında filmin qəhrəmanı kimi məhz Qurd Cəbrayıl qalıb. Elçin Əfəndiyevin "Ox kimi bıçaq" adlı kino-povesti əsasında çəkilən filmin qəhrəmanının real həyatda, yəni sənəd üzərindəki adı belədir: Baxşıyev Cəbrayıl Əlibaxış oğlu. == Həyatı == Qurd Cəbrayıl 1900-cü ildə Bakının Maştağa kəndində anadan olub. 6 aylığında anasını, 9 yaşında isə atasını itirən Cəbrayıl babasının himayəsində qalıb. Cəbrayılın ata babası Kərbəlayi Sonqulu indiki Bakı Dövlət Sirkinin yerində olan evdə yaşayırmış. "O olmasın, bu olsun" filmində belə bir epizod var. Dovğa satan bir kişi "Kəblə Sonqulu dovğası, Kəblə Sonqulu dovğası" deyərək, müştəri haraylayır. Əslində bu, Cəbrayılın babası Sonquludur. == Səhv gəmiylə Həştərxana == Zəmanəsində dadlı dovğa bişirməsi ilə tanınan babasının yanında dovğa satan 9 yaşlı Cəbrayıl uşaqlıqdan diribaş, həm də dəcəl olub.
Qurd adam
Canavar adam (yun. λυκάνθρωπος, ing. Werewolf, alm. Werwolf‎, ukr. Вовкулака, fr. loup-garou) – insandan canavara (və yaxud əksinə) çevrilmək xüsusiyyətinə malik olan mifik varlıq. Qurd adam bütöv ay sırasında qurd kimi qorxunc bir bədheybətə dönüşən əfsanəvi insandır. Bir insanın bir heyvan şəklində, xüsusən də canavar şəklində olması, canavar əfsanəsinin mənşəyi üçün kifayət qədər bir izah deyil. Ümumiyyətlə bir canavar tərəfindən dişlənmə və ya müəyyən bir ayda doğulma kimi tanınır. Qurd adam hekayələri uzun müddətdir müxtəlif mənbələrdə və cəmiyyətlərdə tapılmışdır.
Qurd qırmız
Tükbaş qurd
Tükbaş qurd (lat. Trichocephalus trichiurus) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ. == Xarici quruluşu == Ağımtıl rəngdədir, uzunluqları 3,0 – 5,5 sm çatır. Bədənin ön tərəfi sap şəklində nazikləşmişdir.. == Həyat tərzi == Parazit həyat tərzi keçirirlər. İnsanın geniş yayılmış parazit qurdlarından biridir. Tükbaş qurdları yoluxmuş adamların yoğun bağırsağında yaşayırlar.Tükbaş qurdlarına yoluxma onun yumurtalarını udanda olur: tozlu havadan, çirkli əllərdən, yaxşı yuyulmamış meyvə-tərəvəzdən və s. Bağırsağın selikli qişasının dərinliyinə keçir və elə buna görə də bağırsaqdan çətin qovulur. Tükbaş çox geniş yayılmışdır. Yoluxma tükbaşın yumurtaları düşmüş suyu və ya qidanı qəbul etməklə baş verir (xüsusilə yaxşı yuyulmamış tərəvəzlə).
Yaşar Qurd
Arşak Yaşar Qurd (erm. Արշակ Յաշար Կուրթ, türk. Arşak Yaşar Kurt; 16 avqust 1968, İstanbul) — erməni əsilli Türkiyə rok musiqiçisi. Kriptoermənilərin nümayəndəsi olan Qurd əsl mənşəyini yalnız qırx yaşında bilmişdir. == Həyatı == Yaşar Qurt 1968-ci ildə İstanbulda anadan olmuşdur. 1974–1989-cu illərdə İstanbulda orta məktəblərin birində təhsil almışdır. 1990-cı ildə Əskişəhər Universitetinin İqtisadiyyat fakültəsinə daxil olmuş, oranı bitirmədən musiqi təhsili almağa başlamışdır. Yaşar Qurt universiteti tərk etdikdən sonra "Beyaz Yunus" adlı qrup yaratmışdır. 1994-cü ildə Kölndə "Sokak Şarkıları" albomunu çıxardıqdan sonra qrup Türkiyədə populyarlıq qazanmışdır.. 2007-ci ildə qırx yaşında olan Yaşar Qurd atasından əslində milliyyətcə türk deyil, erməni olduğunu öyrənmişdir.
"Qurd qapısı" qəbiristanlığı
Lyambliyoz qurd xəstəliyi
Qurd (Fərid Eminov)
Fərid Eminov və ya tanınan adı ilə Qurd (tam adı: Fərid Nəsir oğlu Eminov; 20 may 1985, Bakı Azərbaycan) — Azərbaycanlı reper. == Həyatı == Fərid Nəsir oğlu Eminov 1985-ci il may ayının 20-sində Bakı şəhərində anadan olub (Əslən Cənubi Azərbaycanlıdır). İlk təhsilini 1992-2003 -cü illər Bakı şəhər 8 nömrəli tam orta məktəbdə almışdır. 2003-cü ildə Azərbaycan Texniki Universitetinin Ekologiya fakültəsinə qəbul olmuş, 2007-ci ildə bitirmişdir. 2007-2008 -ci illərdə öz hərbi xidmətini Azərbayacan Dövlət Sərhəd xidmətində yerinə yetirmişdir. Qurd birinci evliliyindən iki oğula sahibdir, Rəsul və Murad Eminovlar. 2021-ci ildə 2-ci dəfə ailə həyatı qurmuşdur. == Karyera == Öz fəaliyyətinə 2000-ci ildə Miri Yusifin layihəsi olan "Dəyirman" qrupunda başlayıb. Miri Yusif tərəfindən "Qurd" ləqəbi verilib və bu ləqəb ilə tanınır. İlk albomu (kaset) 2001-ci ildə "Allahım" olmuşdur.
Qurd Mehmed Paşa
Qurd Mehmed Paşa (ö. 1605) — III Murad, III Mehmed və I Əhməd səltənətlərində müxtəlif vəzifələrdə xidmət edən Osmanlı dövlət xadimi, Misir bəylərbəyi. == Həyatı == Doğum tarixi haqqında məlumat yoxdur. Əndərundakı təhsilini tamamlamasının ardından öncə qapıçıbaşı, sonra miraxur və 1590-cı ildə mirialəm oldu. 1595-ci ildə Misir bəylərbəyi oldu və 1596-cı ilin aprelinə qədər bu vəzifədə qaldı. 1597-ci ildə Hələb bəylərbəyi, ardından divan vəziri oldu. 1605-ci ildə İstanbulda vəfat etdi. == Mənbə == Sicill-i Osmani III, səh.
Qurd Təpə (Urmiya)
Qurt Təpə (fars. قورت تپه‎) - İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 316 nəfər yaşayır (85 ailə).
Qurd ağzı bağlama
Qurd ağzı bağlama — türk xalqlarında mövcud olan inanc. İtmiş mal-qaranı qorumaq məqsədi daşıyır. == İcrası == Türk dünyasının bir çox yerində olduğu kimi Azərbaycanda da qurd ağzı bıçaqla bağlanır. Həm Bayır-bucaq türkmənləri, həm də Zaqafqaziya və İran azərbaycanlıları itmiş heyvanı qorumaq üçün qurdun ağzını mərasim və dualar ilə bağlıyarlar. İtmiş heyvan tapıldıqda qurd acından ölməsin deyə ağzı açılar.Şimali Qafqazda tabasaranlıların inəkləri itəndə molla tərəfindən qurdun ağzı bağlanar. Bu adət Azərbaycanlıların etnoqrafik qrupu olan qarapapaqlarda da var.
Qurd yuvası mağarası
Qurd yuvası mağarası — insanların daş dövründə (orta paleolit) yaşadıqları yaşayış yeri. Mağara Abşeron rayonunun Məhəmmədi kəndində Qırməki vadisinin sol hissəsində, təpənin qayalı yamacında yerləşir. == Haqqında == 2018-ci ilin dekabr ayında Abşeron arxeoloji ekspedisiyasının bölgədə apardığı kəşfiyyat işləri zamanı Balaxanı və Məhəmmədi qəsəbələri arasında – Qırməki adlanan sahədə daş dövrünə aid çox sayda alətlər aşkar olundu. Alətlər böyük sahədə tapıldığından burada qədim dövrə aid düşərgənin yerləşməsi istisna edilmir. Aşkar edilmiş iti uclu qaşov, kəsici alətlər, miniatür əl çapacaqları çaxmaq və andezit daşından hazırlanıb. Abşeronun paleocoğrafiyası aşkar edilmiş abidənin yerləşmə topoqrafiyası ilə ziddiyyət təşkil etmir. Mütəxəssislərin ilkin rəyinə görə, bu tapıntıları paleolitin orta mərhələsinə aid etmək mümkündür. Geoloji çöküntülərdə aşkar edilmiş qədim paleontoloji materiallar bölgənin paleolitdə zəngin faunaya malik olmasını göstərir. Son tapıntılar isə paleolit dövründə göstərilən ərazinin qədim ovçuları da cəlb etməsi barədə fikir yürüdülməsinə imkan verir.Ərazinin ətraf mühitin ibtidai insanların yaşayışı üçün əlverişli olması, insanlar üçün ov heyvanlarının əlçatarlılığı və istilik mənbəyi olan daimi alovların olması bu ərazi qədim insan məskəni olmasına səbəb olmuşdur. Yerli əhalinin sözlərinə görə, qədim dövrlərdə bu mağarada canavarlar məskən saldığından mağaraya "qurd yuvası" adı verilib.
Qırmızı qurd eşənəyi
Qırmızı qurdeşənəyi (lat. lupus erythematosus) — autoimmun xəstəliklərdən biri. Bu zaman insan immuniteti hiperaktiv olur və orqanizmin öz normal hüceyrə və toxumalarına hücum edir. == Etimologiyası == Latınca Lupus erythematosus ifadəsinin hərfi anlamı "qızartılı qurd" deməkdir. Hind-Avropa dillərində "lupus" sözünun açıqlaması yoxdur. Latın dilində erythematosus (qızarmış) sözü yunan dilindən alınma erythemadan (qızartı) törəyib. Sonuncu isə erythainein (qızarmaq) felindən əmələ gəlib. == Səbəbləri == Qurd eşənəyinin spesifik səbəbləri yoxdur. Bəzi amillər təhrikedici ola bilər: İrsi / Genetik Ətraf mühit: infeksiya, günəş şüası Dərmanlar == Təsnifat == Kliniki baxımdan qurd eşənəyi bir neçə cür olur: sistematik - ən yayqın forması, daxili orqanların patoloji prosesə cəlb olunması ilə səciyyələnir. dəri forması (natamam qurd eşənəyi) - yalnız dərinin zədələnməsi ilə müşayiət olunur .
Ümid Qurd (tarixçi)
Ümid Qurd (türk. Ümit Kurt) — Türkiyə tarixçisi. O, müasir Yaxın Şərqi araşdırır. Onun bir çox nəşrləri erməni soyqırımından bəhs edir. 2016-cı ildə Klark Universitetində erməni soyqırımı üzrə fəlsəfə doktoru dərəcəsi almışdır. Qurd etnik olaraq kürd və ərəb mənşəlidir. O, Qaziantepdə doğulub boya-başa çatmışdır. == Əsərləri == Kurt, Ümit. "Türk'ün Büyük, Biçare Irkı" Türk Yurdu'nda Milliyetçiliğin Esasları (1911-1916) [The Great, Hopeless Turkish Race: Fundamentals of Turkish Nationalism in the Turkish Homeland, 1911-1916] (türk). Iletişim.
Qurd qapısı qəbiristanlığı
Ümumşəhər qəbiristanlığı — Bakının Qaradağ rayonunda yerləşən məzarlıq. Yasamal qəbiristanlığı — Bakının Yasamal rayonunda yerləşən məzarlıq.
Boz Qurd Samux FK
Boz Qurd futbol klubu 1990-cı ildə Samuxda yaranmışdır. Bir dəfə futbol üzrə Azərbaycan çempionatının elitasında iştirak etmişdir.
Gənc qurd (teleserial, 2011)
Gənc qurd (ing. Teen Wolf) — ABŞ istehsalı bir fantastik gənclik serialıdır. 1985-ci il də istehsal olunan eyni adlı filmdən ilhamlanaraq həyata keçirildi. 2011 MTV Film Mükafatlarının ardından 5 iyun 2011-ci ildə nümayiş edildi. == Sujet == Teen Wolf, Scott McCall (Tyler Posey) adında bir orta məktəb şagirdinin meşədə gəzərkən bir qurd adam tərəfindən dişlənilməsi nəticəsində yaşadıqlarını izah edən fövqəladə teleserialdır. Scott, bir qurd adam olduğu gerçəyini, həyatı və bədənindəki dəyişikliklər mövzusunda ona köməkçi olan ən yaxşı yoldaşı Stiles Stilinski (Dylan O'Brien) və bir digər sirli qurd adam Derek Hale (Tyler Hoechlin) xaricində hər kəsdən gizlədərək sıravi bir həyat sürməyə çalışır. Teleserial hal hazırda davam edir və efirdə 6-cı mövsüm gedir. 6.mövsüm serialın final mövsümü olduğu təsdiqləndi lakin yüksək bir kütləvi serialın uzadılmasını istədiyi üçün bu mövzu müzakirə olunacaq. Serialların tənqid saytı Metacritic'ten 100 üzərindən 61 bal alaraq gələn tənqidlərdən ümumiyyətlə müsbət cavab aldı. Serialın ilk nümayişi 2,18 milyon tamaşaçı əldə etdi.
Qurd Səyid və Şura
Qurd Səyid və Şura (türk. Kurt Seyit ve Şura) — Nərmin Bezmenin eyni adlı romanı əsasında hazırlanan Türkiyə tarixi və drama teleserialı. Ekranlarda ilk dəfə 4 mart 2014-cü ildə göstərilmişdir. Son seriyası 20 noyabr 2014-cü il tarixində Star TV kanalında nümayiş olunmuşdur. == Süjeti == Zəngin krım tatar ailəsində anadan olan Qurt Səyid, atası görkəmli torpaq sahibi Mirzə Mehmet Eminovun qoyduğu prinsiplərə əməl edərək böyümüşdür. Rus imperatoruna böyük hörməti olan Mirzə Mehmetin ən böyük istəyi oğlunun gözəl müsəlman qadını ilə nikahdan uşağı olmasıdır. Həm mülki həyatda, həm də hərbi sahədə müvəffəq olan Səyid ilə evlilik bir çox qadınların xəyalından keçir. Balların birində Seyid nəcib rus ailəsindən olan Aleksandra (Şura) adında qıza aşiq olur. Aleksandra ona qarşılıqlılıq versə də onların sevgisi müharibə başlayandan sonra sınağa çəkilir. Qurd Səyid çar və ata yurdunu qorumaq üçün Karpata yola düşür, amma onların sevgisi bundan azalmır.
грана́тный комбина́т неску́чно пило́точка состру́гивать австе́рия ба́юшки-баю́ отстрани́ться руле́тка совоку́пно царь небесный Домострой aspect ratio catachresis graphite property puffball traffic warden wood spirit моложаво невозвратный несложность проходимый условность хронометражист